Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
29 ildən sonra Xankəndində ilk azərbaycanlı vəzifəyə təyin edilib

0

  •               Azərbaycan Respublikası Ədliyyə nazirinin əmrinə əsasən,
    işğaldan azad edilmiş ərazilərdə yerli ədliyyə qurumlarının yeni strukturu və ştat
    bölgüsünün təsdiq edilməsi ilə əlaqədar müvafiq vəzifələrin icrası barədə verilən
    təkliflər və müraciətlər nəzərə alınaraq, Xankəndi şəhər icra və probasiya şöbəsinin
    rəisi vəzifəsinin icrası, Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri
    Bəşirov
    Rac Şükür oğluna həvalə edilmişdir. Xankəndi şəhər icra və
    probasiya şöbəsinə rəis təyin edilən Rac Bəşirov Beynəlxalq Universitetinin
    Hüquq fakültəsini bitirib. O, 2003-cü ildən 2008-ci ilə qədər Xocalı rayon İcra
    Hakimiyyətində Hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyib. 2008-ci ildən
    indiyə qədər Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsində
    çalışır. Qeyd edək ki, Rac Bəşirov Xankəndi və Xocalı şəhər icra və probasiya
    şöbələrinə rəhbərlik edəcək. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.29 ildən sonra ilk dəfədir ki, Xankəndində rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı vardır.

    Rac Bəşirova şərəfli və məsuliyyətli
    peşəsində uğurlar arzulayırıq. Bütün xankəndililəri, kərkicahanlıları təbrik
    edirik. Doğma torpaqlarmıza qayıtmağa sayılı günlər qalıb. Qoy ədalət həmişə zəfər çalsın. Biz torpaqlarımızı düşməndən geri
    aldığımız kimi, haqqımızı da sonadək alacağıq.                             "XOCALININ SƏSİ"
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib100 dəfə
    29 ildən sonra Xankəndində ilk azərbaycanlı vəzifəyə təyin edilib

    Maraqlı gələ bilər
    61
    49
    64
    30